Merilenddə atışmada 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Merilenddə atışmada 1 nəfər ölüb, 4 nəfər yaralanıb ABŞ-nin Merilend ştatının Baltimor şəhərində qəzaya səbəb olan kütləvi atışmada bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Digər ölkələr
29 yanvar 2023 04:07
Merilenddə atışmada 1 nəfər ölüb, 4 nəfər yaralanıb

ABŞ-nin Merilend ştatının Baltimor şəhərində qəzaya səbəb olan kütləvi atışmada bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Bu barədə “Report”ABC News”a istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, avtomobili idarə edən qadın bir neçə dəfə atəş açıldıqdan sonra idarəetməni itirərək qəza törədib.

Hadisə yerinə gələn polis əməkdaşları avtomobildə bir qadın, iki kişi və iki yaşlı uşağı güllə yarası ilə aşkar ediblər. Toqquşma nəticəsində başqa avtomobildə olan daha bir uşaq xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilsə də, kişilərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Qadın və kişinin vəziyyəti ağır olaraq qiymətləndirilir, uşağın həyatına heç bir təhlükə yoxdur.

Polis artıq cinayətdə şübhəli bilinən şəxsi yaxalayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi