Mərakeşdə miqrantları daşıyan avtomobil kanala düşüb: ölənlər və yaralananlar var

Mərakeşdə miqrantları daşıyan avtomobil kanala düşüb: ölənlər və yaralananlar var Mərakeşdə yol-nəqliyyat hadisəsi nəticəsində 16 qanunsuz miqrant həlak olub, daha 17 nəfər xəsarət alıb.
Digər ölkələr
28 Aprel , 2019 00:31
Mərakeşdə miqrantları daşıyan avtomobil kanala düşüb: ölənlər və yaralananlar var

Mərakeşdə yol-nəqliyyat hadisəsi nəticəsində 16 qanunsuz miqrant həlak olub, daha 17 nəfər xəsarət alıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Mərakeşin şərqində, Saxaradan cənubda baş verib. Afrika ölkələrindən olan miqrantları daşıyan avtomobil SaydiyaNador şəhərləri arasında yolda suvarma kanalına düşüb.

Qəzanın başvermə səbəbi açıqlanmır. Yol-nəqliyyat hadisəsi faktı, həmçinin qeyri-leqal miqrantların daşınmaları ilə bağlı araşdırma başlayıb. Polis həmçinin qəza yerindən qaçaraq gizlənmiş sürücünü axtarır.

Son xəbərlər

Orphus sistemi