Mərakeşdə koronavirusa görə fövqəladə vəziyyət elan edildi

Mərakeşdə koronavirusa görə fövqəladə vəziyyət elan edildi Mərakeş Krallığında yeni növ koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Digər ölkələr
325
20 Mart , 2020 05:43
Mərakeşdə koronavirusa görə fövqəladə vəziyyət elan edildi

Mərakeş Krallığında yeni növ koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Koronavirusun yayılmasına nəzarət etmək üçün fövqəladə vəziyyət elan edilir. Cümə günü, saat 18.00-dan (Bakı vaxtı ilə 21.00) etibarən sonrakı bildirişə qədər ölkə daxilində vətəndaşların hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq. 

Yeni qaydalara görə, yaşayış yerini yalnız səlahiyyətlilərin icazəsi ilə fövqəladə hallar zamanı bağlanmayan müəssisələrin işçiləri tərk edə biləcək. Sakinlərə ərzaq mağazalarına və apteklərə getmək, evin yaxınlığında əsas ehtiyaclarını almağa icazə veriləcək” - deyə, xəbərdə qeyd olunub.

Qeyd edək ki, hazırda Mərakeşdə 63 nəfər COVID-19 virusuna yoluxub. Onlardan ikisi dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi