Mərakeşdə İŞİD-lə əlaqədə olan terrorçu özək zərərsizləşdirilib

Mərakeşdə İŞİD-lə əlaqədə olan terrorçu özək zərərsizləşdirilib Əməliyyat zamanı qruplaşmanın rəhbəri həbs edilib
Digər ölkələr
14 Oktyabr , 2017 20:25
Mərakeşdə İŞİD-lə əlaqədə olan terrorçu özək zərərsizləşdirilib
Fotolia / travelbook

Bakı. 14 oktyabr. REPORT.AZ/ Mərakeşin təhlükəsizlik qüvvələri İŞİD qruplaşması ilə əlaqədə olan terrorçu özəyi zərərsizləşdirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "MAP" agentliyi məlumat yayıb.

Ölkənin Daxili İşlər Nazirliyinə istinadən verilən xəbərə görə, qruplaşmanın 11 silahlısı yaxalanıb. Bununla bağlı əməliyyat Fəs şəhərində qruplaşma rəhbərinin həbsi ilə başa çatıb.

Əməliyyat zamanı həmçinin terrorçuların silah-sursat anbarı ələ keçirilib. Polis anbarda gözyaşardıcı qaz, partlayış törətmək üçün istifadə edilən böyük miqdarda kimyəvi maddə və maye aşkarlayıb.

Son xəbərlər

Orphus sistemi