Mərakeş kralı üç naziri istefaya göndərib

Mərakeş kralı üç naziri istefaya göndərib İstefaya göndərilənlər arasında bir neçə nazir var
Digər ölkələr
25 Oktyabr , 2017 06:46
Mərakeş kralı üç naziri istefaya göndərib
http://news.liga.net

Bakı. 25 oktyabr. REPORT.AZ/ Mərakeş kralı VI Məhəmməd uzun müddət qeyri-sabit vəziyyətin hökm sürdüyü əl-Hüseymə şəhərinin inkişafı üzrə tapşırıqları yerinə yetirmədikləri üçün bir neçə naziri və yüksək rütbəli məmuru istefaya göndərib.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Məlumata görə, kral qərarını Hesablama Palatasının hesabatı ilə tanış olandan sonra verib. Hesabatda çoxsaylı gecikmələr və nazirlərin səhlənkarlığı halları yer alıb. O, baş nazirə hökumətdə dəyişikliklər edilməsinə dair hazırlıqların aparılmasını tapşırıb. 

İstefaya göndərilənlər arasında təhsil, səhiyyə, şəhər və mənzil siyasəti üzrə nazirlər də var. 

Son xəbərlər

Orphus sistemi