Məni dələduzluq yolu ilə vətəndaşlıqdan məhrum ediblər - Saakaşvili

Məni dələduzluq yolu ilə vətəndaşlıqdan məhrum ediblər - Saakaşvili O anketlərdəki mənim imzam deyil
Digər ölkələr
30 İyul , 2017 12:18
Məni dələduzluq yolu ilə vətəndaşlıqdan məhrum ediblər - Saakaşvili

Bakı. 30 iyul. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, həmçinin Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Sakaşvili Ukrayna vətəndaşlığından ələduzluq yolu ilə məhrum edildiyini iddia edir.

"Report"un məlumatına görə, Saakaşvili deyir ki, onu vətəndaşlıqdan çıxarılmasına əsas göstərilən sənədləri heç vaxt imzalamayıb.

"Məş şokdayam! İndicə həmin anketlərin kopyalarına baxdım. Bu sənədlərə əsasən prezident məni vətəndaşlıqdan məhrum edib. Mən bütün məsuliyyətimlə bildirirəm ki, o anketlərdəki mənim imzam deyil", - o vurğulayıb.

Saakaşvili təcili olaraq qrafik ekspertizanın təşkil edilməsini tələb edib. 

Son xəbərlər

Orphus sistemi