Melburndakı kafedə naməlum şəxs iki nəfəri girov götürüb

Melburndakı kafedə naməlum şəxs iki nəfəri girov götürüb Mütəxəssislər silahlı şəxslə danışıqları davam etdirirlər
Digər ölkələr
5 Dekabr , 2015 08:21
Melburndakı kafedə naməlum şəxs iki nəfəri girov götürüb

Bakı. 5 dekabr. REPORT.AZ/ Odlu silahla silahlanmış naməlum kişi Melburndakı kafedə ən azı iki nəfəri girov götürüb. Bu barədə “Daily Mail Australia” nəşri məlumat yayıb.

Yerli polisin məlumatında bildirilir ki, bu hadisəni terror aktı hesab etmək üçün hələlik elə bir əsas yoxdur. İlkin rəyə görə, girov götürülənlər və onları saxlayan şəxs tanışdırlar.

Kafenin ətrafı mühasirəyə alınıb. Mütəxəssislər silahlı şəxslə danışıqları davam etdirirlər,.