Bakı. 5 dekabr. REPORT.AZ/ Avstraliyanın Melburn şəhərindəki kafelərin birində iki qadını girov götürən silahlı şəxs polisə təslim olub. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Ştatın polis idarəsinin nümayəndəsi Qlenn Veirin sözlərinə görə, səkkiz saatdan artıq davam edən danışıqlardan sonra həmin şəxs qadınları sərbəst buraxıb və polisə təslim olub.
Polis əməkdaşı bildirib ki, danışıqlar uzun zaman alsa da, uğurlu keçib. Hazırda polis həmin şəxsi dindirir.