Melburnda avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 9 əcnəbi vətəndaş xəsarət alıb

Melburnda avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 9 əcnəbi vətəndaş xəsarət alıb Bakı. 22 dekabr. REPORT.AZ/ Avstraliyanın Melburn şəhərinin mərkəzində avtomobilin insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanlar arasında 9 əcnəbi vətəndaş da var.
Digər ölkələr
22 Dekabr , 2017 12:54
Melburnda avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 9 əcnəbi vətəndaş xəsarət alıb
Sputnik

Bakı. 22 dekabr. REPORT.AZ/ Avstraliyanın Melburn şəhərinin mərkəzində avtomobilin insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanlar arasında 9 əcnəbi vətəndaş da var.

"Report" xəbər verir ki, bu barədə Avstraliyanın Viktoriya ştatının polisi məlumat verib.

Polisin "Twitter"də yerləşdirdiyi məlumata görə, əcnəbilər Cənubi Koreya, Çin, İtaliya, Hindistan, Venesuela, İrlandiya və Yeni Zelandiya vətəndaşlarıdır.

İnsidentlə əlaqədar xəstəxanaya, ümumilikdə, 20 nəfər müraicət edib, onlardan 18-i xəstəxanaya yerləşdirilib və 4-ü artıq evə buraxılıb. Hazırda xəstəxanada olan 14 nəfərdən üçünün vəziyyəti ağırdır.

Xatırladaq ki, piyadaların vurulması ilə nəticələnən hadisə dekabrın 22-də Melburnun mərkəzində "Flinders-strit" dəmir yolu stansiyası yaxınlığında baş verib. Polis sürücünün qəsdən maşını piyadaların üzərinə sürdüyünü hesab edir, amma onun motivləri hələ bilinmir.

Hadisə ilə əlaqədar sükan arxasında olan 32 yaşlı Əfqanıstan əsilli Avstraliya vətəndaşı saxlanılıb. Məlumata görə, o, ruhi xəstəlikdən müalicə alıb.

Son xəbərlər

Orphus sistemi