Melanya Tramp yenidən ərini pis vəziyyətdə qoyub - VİDEO

Melanya Tramp yenidən ərini pis vəziyyətdə qoyub - VİDEO Bu dəfə o, İtaliyada prezidentin əlini tutmaqdan imtina edib
Digər ölkələr
24 may 2017 04:26
Melanya Tramp yenidən ərini pis vəziyyətdə qoyub - VİDEO
Youtube.com

Bakı. 24 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın həyat yoldaşı yenidən onun əlini tutmaqdan imtina edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, insident Amerika təyyarəsi Roma şəhərinə eniş etdikdən sonra qeydə alınıb.

Kadrlardan görünür ki, ABŞ prezidenti həyat yoldaşının əlindən tutmaq istəyir. Lakin Melanya onun bu hərəkətinə məhəl qoymur və saçını düzəltməyə başlayır.

Bənzər hadisə bir gün əvvəl ər və arvadın İsrail səfəri zamanı da baş vermişdi. Həmin zaman qırmızı xalı üzərində hərəkət edən birinci ledi ərinin ona uzatdığı əlini vuraraq kənara itələmişdi.

Son xəbərlər

Orphus sistemi