Melanya Tramp İsraildə qırmızı xalı ilə gedərkən ərinin əlini kənara itələyib - VİDEO

Melanya Tramp İsraildə qırmızı xalı ilə gedərkən ərinin əlini kənara itələyib - VİDEO Donaldın həyat yoldaşının əlindən tutmaq cəhdi boşa çıxıb
Digər ölkələr
23 May , 2017 07:16
Melanya Tramp İsraildə qırmızı xalı ilə gedərkən ərinin əlini kənara itələyib - VİDEO
FREE NEWS channel TV

Bakı. 23 may. REPORT.AZ/ ABŞ-ın birinci xanımı Melanya Tramp Tel-Əvivdə qırmızı xalı ilə gedərkən həyat yoldaşının əlini tutmaqdan imtina edib.

"Report" xəbər verir ki, insident prezidentin dəstəsi təyyarədən düşəndən dərhal sonra baş verib.

ABŞ prezidenti həyat yoldaşının əlindən tutmaq istəyib və əlini ona tərəf uzadıb. Lakin Melanya ərinin əlini kənara itələyib. Həmin an videokameraların obyektivinə düşüb.

Videokadrlardan görünür ki, qırmızı xalı ilə gedərkən Melanya Donald Trampdan bir qədər aralı hərəkət edir.

Donald və Melanya arasında münasibətlərin gərgin olması barədə çoxdan danışılır. Son vaxtlar, hətta ər və arvadın boşanmaq ərəfəsində olmalarına dair ehtimallar ortaya çıxıb.

Son xəbərlər

Orphus sistemi