Meksikanın Quanaxuato ştatında 18 adam öldürülüb

Meksikanın Quanaxuato ştatında 18 adam öldürülüb Meksikanın Quanaxuato ştatında 12 saat ərzində azı 18 adam öldürülüb.
Digər ölkələr
8 Aprel , 2019 01:34
Meksikanın Quanaxuato ştatında 18 adam öldürülüb

Meksikanın Quanaxuato ştatında 12 saat ərzində azı 18 adam öldürülüb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Excelsior" qəzeti məlumat verib. 

Nəşr həmçini qeyd edib ki, rəqib cinayətkar rəqib qruplar arasında da toqquşmalar baş verib. Onlardan biri Apaseo de Alto ərazisində olub. 

Nəticədə 3 uşaq da daxil olmaqla, 8 nəfər həlak olub. 

Vurğulanır ki, son zamanlar Quanaxuato təhlükəsizlik baxımından Meksikanın ən dezavantajlı bölgələrindən birinə çevrilib. Rəsmi məlumata görə, 2015-ci ildən 2018-ci ilə qədər qəsdən adam öldürmənin sayı 400% artıb.

Son xəbərlər

Orphus sistemi