Meksikanın neft terminalında yanğın nəticəsində 17 nəfər xəsarət alıb

Meksikanın neft terminalında yanğın nəticəsində 17 nəfər xəsarət alıb Bu barədə "Pemex" neft şirkəti məlumat yayıb
Digər ölkələr
30 Mart , 2017 06:44
Meksikanın neft terminalında yanğın nəticəsində 17 nəfər xəsarət alıb

Bakı. 30 mart. REPORT.AZ/ Meksikanın dənizdə yerləşən neft terminalında yanacağın alışması nəticəsində 17 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü "Pemex" neft şirkəti məlumat yayıb.

"İnsident nəticəsində Madero dəniz terminalında (Tamaulipas ştatı) 17 fəhlə yüngül yaralanıb, onlara artıq tibbi yardım göstərilib", — deyə "Pemex"in "Twitter" mikrobloqunda bildirilir.

Son xəbərlər

Orphus sistemi