Yuxarı
    Bağlamaq

    Meksikada "Zika"ya 4 min 300 yoluxma hadisəsi qeydə alınıb

    İki mindən çox hamilənin dünyaya gətirdiyi körpədə bu virusun izləri müşahidə edilməyib

    Bakı. 11 oktyabr. REPORT.AZ/ Ötən ilin dekabrından indiyədək Meksikada 4 min 300 Zika xəstəliyinə yoluxma hadisəsi qeydə alınıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Meksikanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

    İnformasiyaya görə, bu müddət ərzində "Zika"ya yolxumuş iki mindən çox hamilənin dünyaya gətirdiyi körpədə bu virusun izləri müşahidə edilməyib.

    Xəbərə əsasən, yoluxma halı ən çox ölkənin Verkrus əyalətində (1,1 min xəstə) qeydə alınıb.

    Xatırladaq ki, ilk dəfə bu xəstəlik 1947-ci ildə Uqandada müşahidə olunub. Bu günlərədək o, təhlükəli sayılmırdı. Ümumdünya Səhiyyə Təşkilatı cari ilin fevralından Afrikanın cənub və şimal hissələrində Zika ilə bağlı fövqəladə vəziyyət elan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi