Meksikada zəlzələdən sonra evlərin bərpasına 380 milyon dollar ayrılacaq

Meksikada zəlzələdən sonra evlərin bərpasına 380 milyon dollar ayrılacaq Ölkədə güclü zəlzələ sentyabrın 19-da 7,1 maqnituda gücündə olub
Digər ölkələr
3 Oktyabr , 2017 07:12
Meksikada zəlzələdən sonra evlərin bərpasına 380 milyon dollar ayrılacaq

Bakı. 3 oktyabr. REPORT.AZ/ Meksikada 7,1 maqnituda gücündə baş verən zəlzələ nəticəsində dağılmış yaşayış evlərinin bərpası üçün federal hakimiyyət, Oaxaka və Çyapas ştatları hökumətləri tərəfindən 380 milyon dollar vəsait ayrılıb.

"Report" xəbər verir ki, bunu ölkə prezidenti Enrike Penya Nyeto bildirib.

"Əgər söhbət tam dağılmış evdən gedirsə, o zaman maliyyə dəstəyi 6,5 min dollar olacaq", - deyə dövlət başçısı qeyd edib.

Bildirilir ki, vəsait zərərçəkmişlərə veriləcək xüsusi bank kartlarına köçürüləcək.

Qismən dağılmış evlərə isə 15 min peso məbləğində təzminat ayrılacaq.

Meksikada güclü zəlzələ sentyabrın 19-da baş verib. Nəticədə 360-dan çox insan həyatını itirib.

Son xəbərlər

Orphus sistemi