Meksikada yüzlərlə miqrant saxlanılıb

Meksikada yüzlərlə miqrant saxlanılıb Bakı. 22 noyabr. REPORT.AZ/ Çərşənbə günü Meksikanın Çyapas ştatında növbəti miqrant karvanından olan azı 600 nəfər saxlanılıb.
Digər ölkələr
22 Noyabr , 2018 06:50
Meksikada yüzlərlə miqrant saxlanılıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Çərşənbə günü Meksikanın Çyapas ştatında növbəti miqrant karvanından olan azı 600 nəfər saxlanılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Foro TV kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, Meksika Milli Miqrasiya İnstitutu və federal polisinin əməkdaşları immiqrantlar burada qalmaq və sığınacaq almaq üçün sənəd istəmədikdən sonra onları saxlayıblar.

Bundan ABŞ hərbçilərinə sərhəddə miqrantlara atəş açmaq icazəsi verilib.

Son xəbərlər

Orphus sistemi