Yuxarı
    Bağlamaq

    Meksikada yoxa çıxan tələbələrin valideynləri mafiyadan kömək istədi

    43 tələbə ölkənin cənubundakı İquala şəhərində polislə toqquşmalardan sonra yoxa çıxmışdı

    Bakı. 2 aprel. REPORT.AZ/ Meksikanın Gerrero ştatında ötən ilin sentyabr ayında yoxa çıxan 43 tələbənin valideynləri, rəsmi qurumlar tərəfindən aparılan istintaqa inanmadıqlarını bəyan edərək, mafiyadan kömək istəyib.

    "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Meksikanın ən tanınmış narkokarteli hesab olunan "Los-Roxos"un (Qırmızılar) liderlərinə müraciət edən valideynlər, övladlarının tapılmasında köməklik göstərilməsini xahiş ediblər.

    Xatırladaq ki, 43 tələbə Meksikanın cənubundakı İquala şəhərində polislə toqquşmalardan sonra yoxa çıxıb. İstintaqın versiyasına görə tələbələr polis tərəfindən oğurlanaraq yerli cinayətkar dəstəyə verilib.

    Hətta baş prokuror Jesus Murillo tələbələrin öldürülüb meyitlərinin yandırdıqlarını etiraf edən şübhəlilərin videoyazısını mətbuata nümayiş etdirmişdi.

    Ancaq gənclərin yaxınları qətl versiyasına inanmayaraq tələblərin hələ də sağ olduqlarına inanırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi