Meksikada avtobus qəzaya uğrayıb, 14 nəfər ölüb, 20 nəfər yaralanıb

Meksikada avtobus qəzaya uğrayıb, 14 nəfər ölüb, 20 nəfər yaralanıb Meksikanın qərbində yerləşən Xaliko əyalətində avtobusun divara çırpılması nəticəsində 14 nəfər ölüb, 20 nəfər yaralanıb.
Digər ölkələr
19 May , 2022 09:47
Meksikada avtobus qəzaya uğrayıb, 14 nəfər ölüb, 20 nəfər yaralanıb

Meksikanın qərbində yerləşən Xaliko əyalətində avtobusun divara çırpılması nəticəsində 14 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Xalisko əyalətinin Mülki Müdafiə Xidməti bildirib.

Məlumata görə, qəza zamanı avtobusun içərisində fəhlələr olub.

Belə ki, avtobusun əyləc sistemi işləməyib və sürücü idarəetməni itirərək avtobusu yol kənarındakı divara çarpıb.

Nəticədə sürücü də daxil olmaqla 14 nəfər ölüb, 20 nəfər yaralanıb.

Ölənlərin sayının artacağı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi