Meksikada yanacaq terminalında partlayış olub, 8 nəfər yaralanıb

Meksikada yanacaq terminalında partlayış olub, 8 nəfər yaralanıb İnsident "Pemex" neft şirkətinə məxsus terminalda baş verib
Digər ölkələr
16 Mart , 2017 06:17
Meksikada yanacaq terminalında partlayış olub, 8 nəfər yaralanıb

Bakı. 16 mart. REPORT.AZ/ Meksikanın Salamanka şəhəri yaxınlığında "Pemex" neft şirkətinə məxsus yanacaqtoplama və paylama terminalında partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə müəssisənin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Güclü partlayış nəticəsində 8 nəfər yaralanıb. Onlardan 3-ü "Pemex" şirkətinin, digər 5 nəfər isə başqa müəssisələrin əməkdaşlarıdırlar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi