Meksikada toqquşmalar nəticəsində 16 nəfər ölüb

Meksikada toqquşmalar nəticəsində 16 nəfər ölüb Ölənlərdən 6-sı polis, 10-nu isə cinayətkardır
Digər ölkələr
18 Aprel , 2018 21:32
Meksikada toqquşmalar nəticəsində 16 nəfər ölüb

Bakı. 18 aprel. REPORT.AZ/ Meksikanın Gerrero ştatında cinayətkarlarla polis arasında baş verən toqquşmalar zamanı 16 nəfər ölüb.

"Report" "El Universal" nəşrinə istinadən xəbər verir ki, Valyesitos de Saraqos yaşayış məntəqəsində konvoya hücum nəticəsində 6 polis əməkdaşı həyatını itirib.

Bildirilir ki, daha bir hadisə Koakoül şəhərində baş verib. Orada silahlı mülki şəxslərlə asayiş keşikçiləri arasında atışma nəticəsində 10 şübhəli şəxs öldürülüb.

Son xəbərlər

Orphus sistemi