Meksikada yüngülmühərrikli "Cessna" təyyarəsi qəzaya uğrayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Milenio" qəzeti hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalındakı Çiuaua ştatında qeydə alınıb. Qonşu Sinaloa ştatına uçan təyyarədə hadisə zamanı aralarında 13 yaşlı yeniyetmə olmaqla 6 nəfər olub. Onlar hamısı qəza zamanı ölüblər.

Hadisənin başvermə səbəbi açıqlanmır. Hakimiyyət orqanları qəza ilə bağlı araşdırmaya başlayıblar.