Meksikada təyyarə eniş zamanı motosikleti vurub, ölənlər var

Meksikada təyyarə eniş zamanı motosikleti vurub, ölənlər var Bakı. 13 noyabr. REPORT.AZ/ Meksikada yüngül mühərrikli Cessna 206 qəzaya uğrayıb.
Digər ölkələr
13 Noyabr , 2018 03:42
Meksikada təyyarə eniş zamanı motosikleti vurub, ölənlər var

Bakı. 13 noyabr. REPORT.AZ/ Meksikada yüngül mühərrikli "Cessna 206" qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Milonio" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Tamaulipas ştatında baş verib. Təyyarə yerə düşən zamanı motosikleti vurub. Qəza nəticəsində iki nəfər həlak olub. Bunlar motosikletin sürücüsü və sərnişinidir.

Hadisə zamanı təyyarədə olanlar qəza yerindən qaçaraq gizləniblər. Qəza ilə bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi