Meksikada təhlükəli və saxta koronavirus peyvəndləri aşkarlandı

Meksikada təhlükəli və saxta koronavirus peyvəndləri aşkarlandı Meksikada saxta koronavirus vaksinləri aşkarlanıb
Digər ölkələr
18 Fevral , 2021 08:42
Meksikada təhlükəli və saxta koronavirus peyvəndləri aşkarlandı
0 : 00
0 : 00

Meksikada saxta koronavirus vaksinləri aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib.

Ölkənin Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin yaydığı məlumata görə, saxta preparat Nuevo-Leon ştatında aşkarlanıb.

Nazirlikdə əlavə ediblər ki, bununla bağlı araşdırma aparılıb. Yoxlama nəticəsində altı nəfər saxlanılıb.

"İmmunizasiyanın bu tipinin tətbiqi əhalinin sağlamlığını təhlükə altına alır", - nazirlikdə vurğulayıblar.

Nazirlik həmçinin vətəndaşları ayıq-sayıq olmağa və yalnız dövlət mərkəzlərində peyvənd edilməyə çağırıblar.

Son xəbərlər

Orphus sistemi