​Meksikada kütləvi məzarlıqdan onlarla insanın meyiti çıxarılıb

​Meksikada kütləvi məzarlıqdan onlarla insanın meyiti çıxarılıb Meyitlərin sayı 116-ya çatıb
Digər ölkələr
3 İyun , 2016 06:42
​Meksikada kütləvi məzarlıqdan onlarla insanın meyiti çıxarılıb

Bakı. 3 iyun. REPORT.AZ/ Meksikanın Morelos ştatının baş prokurorluğu Tetelsinqo şəhərində tapılmış kütləvi məzarlıqda onlarla insanın meyitinin qalıqları çıxarılması barədə xəbər yayıb.

"Report"un "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, yerli prokurorluğun kütləvi məzarlıqdan şəxsiyyəti məlum olmayan şəxslərin dəfni üçün istifadə etdiyi haqda ehtimal irəli sürülüb. Morelos ştatının baş prokuroru Xavyer Peres Duron da bunu təsdiqləyib.

Məzarlıqdan çıxarılan meyitlərin sayı 116-ya çatıb.

Hakimiyyət orqanları eksqumasiyanı bu gün başa çatdıracaqlar. Meyitlərin tanınması prosesinin bir neçə ay davam edəcəyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi