Meksikada son yeddi ayda 9 jurnalist öldürülüb

Meksikada son yeddi ayda 9 jurnalist öldürülüb 2000-ci ildən etibarən ölkədə KİV-in 120 əməkdaşı öldürülüb, 20-si itkin düşüb
Digər ölkələr
1 Avqust , 2017 10:05
Meksikada son yeddi ayda 9 jurnalist öldürülüb
Ria.ru

Bakı. 1 avqust. REPORT.AZ/ Meksikada son yeddi ayda 9 jurnalist öldürülüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, ötən gün “Aşağı Kaliforniya ştatının Rosarito şəhərində CNR telekanalının reportyoru Luçano Rivera güllələnərək qətlə yetirilib.

Yerli bələdiyyənin İctimai təhlükəsizlik idarəsindən bildirilib ki, Rivera gecə klublarından birində ziyarətçilərlə mübahisə zamanı öldürülüb. Cinayəti törədənlər hadisə yerindən qaçıblar. Onlar taksiyə oturaraq Meksika-ABŞ sərhədinə doğru hərəkət ediblər. Taksi sürücüsü saxlanılıb və avtomobildən odlu silah aşkar olunub.

Rivera bu il öldürülən 9-cu jurnalistdir. Bir müddət əvvəl oğurlanan Salvador Adam adlı jurnalistin yandırlımış meyitinin qalıqları aşkar olunub. Sinaloa ştatının Kuliakan şəhərində narkotik maddələrin satışı işıqlandıran Xaver Valdes də qətlə yetirilib.

Meksika Jurnalist Cəmiyyətinin məlumatına görə, 2000-ci ildən etibarən ölkədə KİV-in 120 əməkdaşı öldürülüb, 20-si itkin düşüb, təxminən 50 dəfə informasiya vasitəsinin yerləşdiyi binaya hücum edilib.  

Son xəbərlər

Orphus sistemi