Bakı. 9 avqust. REPORT.AZ/ 2000-ci ildən etibarən Meksikada 138 jurnalist qətlə yetirilib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin İnsan Haqları üzrə Milli Komissiyası məlumat yayıb.
Bildirilir ki, KİV-in daha 21 nümayəndəsi 2005-ci ildən itkin düşüb.
"KİV əməkdaşlarının qətlə yetirilməsi və yoxa çıxması hallarının həyəcanlı şəkildə artması milli səviyyədə təhlükəsizlik sahəsində nələrin baş verdiyini əks etdirir", — deyə hüquq müdafiəçilərinin hesabatında qeyd olunur.