Meksikada sindikat lideri 60 il müddətinə azadlıqdan məhrum edilib

Meksikada sindikat lideri 60 il müddətinə azadlıqdan məhrum edilib Meksikada iri sindikatın lideri 60 il müddətinə azadlıqdan məhrum edilib.
Digər ölkələr
17 Yanvar , 2022 03:06
Meksikada sindikat lideri 60 il müddətinə azadlıqdan məhrum edilib

Meksikada iri sindikatın lideri 60 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Quanaxuato ştatının Baş Prokurorluğunun tviter səhifəsində məlumat yayılıb.

"Santa Rosa de Lima" kartelinin lideri Xose Antonio Yepes Ortiz adam oğurluğuna görə həbsdə olacaq.

"El-Marro" kimi tanınan Xose Antonio Yepes 3 avqust 2020-ci ildə həbs olunub.

O, Prezident Andres Manuel Lopez Obrador dövründə həbs olunmuş ən böyük narkotik kartelinin üzvü hesab edilir.

Son xəbərlər

Orphus sistemi