Yuxarı
    Bağlamaq

    Meksikada silahlıların prokurorluq binasına hücumu zamanı ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB

    Hazırda şəhərdə cinayətkarların tapılması məqsədilə xüsisi əməliyyat keçirilir

    Bakı. 18 yanvar. REPORT.AZ/ Meksikanın Kintana-Roo ştatında bir qrup silahlının prokurorluq binasına hücumu zamanı ölənlərin sayı 4-ə çatıb.

    "Report" xəbər verir ki, bu barədə ştatın qubernatoru Karlos Hoakin Qonsales məlumat verib.

    Qubernatorun sözlərinə görə, ölənlərdən 3-ü hücum etmiş silahlılar, 1-i isə polis əməkdaşıdır. Prokurorluq binasını atəşə tutmuş silahlıların 5-i artıq həbs edilib.

    Qeyd edək ki, Meksikada bir qrup silahlı polis bölməsinə və prokurorluq binasına hücum edib. Nəticədə bir neçə nəfər yaralanıb. 



    ***06:30

    Meksikanın Kintana-Roo ştatında bir qrup silahlının prokurorluq binasına hücumu zamanı ölənlərin sayı 3-ə çatıb. 

    "Report" xəbər verir ki, bu barədə ştatın ictimai təhlükəsizlik naziri Rodolfo del Anxel Kampos məlumat verib.  

    Məlumata görə, cinayətkarlar binanın qarşısına motosikllərlə gələrək müxtəlif silahlardan atəş açıblar. Binanın mühafizəçiləri cinayətkarlarla atışmaya başlayıb. Nəticədə bir neçə nəfər yaralanıb. 

    Anxel bildirib ki, ölənlərdən biri cinayətkar, digər ikisi isə ştatın baş prokurorluğunun əməkdaşlarıdır. 



    ***04:54

    Meksikada bir qrup silahlı polis bölməsinə və prokurorluq binasına hücum edib.

    "Report" xəbər verir ki, bu barədə "El Universal" nəşri məlumat yayıb.

    Məlumatda bildirilir ki, hadisə Kankun şəhərində baş verib. Hücum zamanı hüquq-mühafizə orqanlarının 1 əməkdaşı öldürülüb, həmçinin 3 polis əməkdaşı xəsarət alıb.

    Hazırda şəhərdə cinayətkarların tapılması məqsədilə xüsisi əməliyyat keçirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi