Meksikada silahlılar polisə hücum edib: ölənlər və yaralananlar var

Meksikada silahlılar polisə hücum edib: ölənlər və yaralananlar var Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edənlərdən üçünü zərərsizləşdirə bilib
Digər ölkələr
10 May , 2017 03:54
Meksikada silahlılar polisə hücum edib: ölənlər və yaralananlar var
Courtesy İmage

Bakı. 10 may. REPORT.AZ/ Meksikanın şimalında silahlıların polisə hücumu nəticəsində 1-i polis olmaqla, 5 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə yerli vaxtla saat 09:15-də, Reynos şəhərində qeydə alınıb. Naməlum şəxslərin avtomobildən polisə atəş açması nəticəsində daha 2 nəfər xəsarət alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edənlərdən üçünü zərərsizləşdirə bilib.

Qeyd edək ki, Reynos şəhərində həftənin əvvəllində iki düşmən cinayətkar qruplaşmasının silahlı toqquşması nəticəsində 12 nəfər həlak olmuşdu. 

Son xəbərlər

Orphus sistemi