Meksikada silahlılarla hərbçilər arasında atışmada 8 nəfər öldürülüb

Meksikada silahlılarla hərbçilər arasında atışmada 8 nəfər öldürülüb Öldürülənlərdən 5-i kişi, 3-ü qadındır
Digər ölkələr
1 May , 2017 23:54
Meksikada silahlılarla hərbçilər arasında atışmada 8 nəfər öldürülüb

Bakı. 1 may. REPORT.AZ/ Meksikanın turist şəhəri San-Xose-del-Kaboda cinayətkarlarla hərbçilər arasında baş vermiş atışmada 8 nəfər öldürülüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Aşağı Kaliforniya ştatının təhlükəsizlik koordinasiyası qrupu məlumat yayıb.

Hakimiyyət orqanlarının məlumatına görə, quldurlar Vilyas-del-Kortes rayonunda dəniz piyadaları patruluna hücum edib. Hərbçilər onlara cavab atəşi açıb və 7 qulduru güllələyib. Silahlı qarşıdurma zamanı həmçinin 1 dəniz piyadası da yaralanıb. O, sonradan hospitalda dünyasını dəyişib.

Öldürülənlərdən 5-i kişi, 3-ü qadındır. Hazırda hakimiyyət orqanları hücumun başvermə şəraiti və öldürülən quldurların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı təhqiqata başlayıblar. 

Son xəbərlər

Orphus sistemi