Meksikada silahlı hücum olub, ölən və yaralananlar var

Meksikada silahlı hücum olub, ölən və yaralananlar var Meksikanın paytaxtın Mexikonun mərkəzində silahlı hücum olub.
Digər ölkələr
30 İyul , 2022 03:48
Meksikada silahlı hücum olub, ölən və yaralananlar var

Meksikanın paytaxtın Mexikonun mərkəzində silahlı hücum olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin ictimai təhlükəsizlik idarəsi məlumat yayıb.

Hücum nəticəsində biri yeniyetmə olmaqla iki nəfər həlak olub, daha dörd nəfər yaralanıb.

Qeyd edilir ki, Peralvillo ərazisində yaşayış binasında silahlı şəxs insanlara atəş açıb.

Polis onu yaxalayıb. Baxış zamanı ondan 1 ədəd uzun lüləli avtomat və 16 patron götürülüb.

51 yaşlı şəxs əvvəllər iki dəfə cinayət məsuliyyətinə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi