Meksikada sərxoş sərnişin 6 nəfərin ölümünün səbəbkarı oldu

Meksikada sərxoş sərnişin 6 nəfərin ölümünün səbəbkarı oldu Meksikada sərxoş avtobus sərnişini sürücünün əlindən sükanı alıb və ağır qəza törədib
Digər ölkələr
17 May , 2021 04:46
Meksikada sərxoş sərnişin 6 nəfərin ölümünün səbəbkarı oldu

Meksikada sərxoş sərnişin sükanı avtobus sürücünün əlindən alaraq ağır qəza törədib.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Bildirilir ki, 35 sərnişini daşıyan özəl avtobus İsukar de Matamoros bələdiyyəsinin yaxınlığında yoldan çıxıb. Nəticədə 6 nəfər ölüb, daha 16 nəfər isə yaralanıb.

Əraziyə yanğınsöndürənlər, xilasedicilər, milli qvardiya qüvvələri və tibbi işçiləri cəlb olunub, xəsarət alanlar yerli xəstəxanalara çatdırılıb. Bəzi yaralıların vəziyyəti ağırdır.

Qəzanın səbəbkarı olan şəxs hadisə yerini tərk etməyə çalışarkan saxlanılıb.

Son xəbərlər

Orphus sistemi