Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var Bakı. 17 iyun. REPORT.AZ/ Meksikada sərnişin avtobusu qəzaya uğrayıb.
Digər ölkələr
17 İyun , 2018 01:41
Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Bakı. 17 iyun. REPORT.AZ/ Meksikada sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Halisko ştatında, Tlakepake şəhəri ərazisində baş verib.

Qəza zamanı 7 nəfər həlak olub, daha 29 nəfər yaralanıb. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sürəti artırması olub. O, hadisə yerindən qaçaraq gizlənib. Hüquq-mühafizə orqanları sürücünün axtarışına başlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi