Meksikada seçkiqabağı kampaniya dövründə 133 siyasətçi qətlə yetirilib

Meksikada seçkiqabağı kampaniya dövründə 133 siyasətçi qətlə yetirilib Ölkədə ümumxalq səsverməsi iyulun 1-də keçiriləcək
Digər ölkələr
29 İyun , 2018 13:40
Meksikada seçkiqabağı kampaniya dövründə 133 siyasətçi qətlə yetirilib

Bakı. 29 iyun. REPORT.AZ/ Meksikada seçkiqabağı kampaniya başlayandan 133 siyasətçi qətlə yetirilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu qətl hadisəsi nəticəsində Miçoakan ştatı meri vəzifəsinin müvəqqəti icraçısı ölüb.

Seçkiqabağı kampaniya 2017-ci ilin sentyabrından başlayıb.

Qeyd edək ki, ümumxalq səsverməsi iyulun 1-də keçiriləcək. Seçicilər Prezident, Konqresin 500 deputatını və Senatın 128 üzvünü seçəcəklər. Meksikada seçki haqqında qəbul edilən yeni qanuna əsasən, iyulun 1-də seçiləcək deputatlar, senatorlar və prezident ölkə tarixində ilk dəfə ikinci müddətə seçilə bilərlər. 

Hazırkı Prezident Enrike Penya Neto ölkə Konstitusiyasına əsasən ikinci müddətə seçilə bilməz. O, 2012-ci ildə bu vəzifəyə seçilib. 

Son xəbərlər

Orphus sistemi