Bakı. 23 iyul. REPORT.AZ/ Meksikanın hüquq-mühafizə orqanları "Beltran Leyva" narkokillerinin rus ləqəbli muzdlu qatilini saxlayıb.
"Report" "Excelsior" portalına istinadən xəbər verir ki, adı açıqlanmayan quldur Akapulko kurort şəhərində yaxalanıb. O, çoxsaylı cinayətlərdə və ayrı-ayrı şəxslər əleyhinə mütəşəkkil cinayətkarlıq fəaliyyətində iştirakda ittiham olunur.
Hüquq-mühafizə orqanları onunla birlikdə daha beş nəfəri, o cümlədən iki qadını da həbs ediblər. Onlardan silah və narkotik müsadirə olunub.
"Beltran Leyva" narkokartelinin muzdlu qatillərinin əvvəlki başçısı "Barbi" ləqəbli Edqar Valdes 2015-ci ildə ABŞ-a ekstradisiya olunub.