Bakı. 4 iyul. REPORT.AZ/ Meksikada quldurların hücumu zamanı Ueuetlan-el-Qrande bələdiyyəsinin polis rəisi də daxil olmaqla, azı 9 nəfər öldürülüb.
"Report" xarici mətbuaata istinadən xəbər verir ki, bu barədə Puebla ştatının polisi xəbər verib.
Hakimiyyət orqanlarının məlumatına görə, cinayətkarlar evlərə soxulublar və insanları çölə çıxararaq öldürürüblər. Ueuetlanın polis rəisi də öz evinin yanında məhz belə güllələnib.
Quldurlar beş sakini özləri ilə aparıblar. Bir neçə saat sonra girovların yandırılmış cəsədləri yaxınlıqdakı qəsəbələrdən birində tapılıb.