Meksikada quldurlar pivə anbarının işçilərini öldürdülər

Meksikada quldurlar pivə anbarının işçilərini öldürdülər Meksikanın şimal-şərqindəki Tamaulipas ştatının Reynosa şəhərində naməlum silahlılar pivə anbarına hücum ediblər.
Digər ölkələr
6 Aprel , 2020 04:13
Meksikada quldurlar pivə anbarının işçilərini öldürdülər

Meksikanın şimal-şərqindəki Tamaulipas ştatının Reynosa şəhərində naməlum silahlılar pivə anbarına hücum ediblər.

“Report” xəbər verir ki, bu barədə regional prokurorluğa istinadən "Universal" qəzetinin saytı bildirib.

Qeyd edilir ki, quldurlar anbarın yeddi əməkdaşını öldürüblər. Məlumata görə, qətlə yetirilənlərdən beşi gəncdir. Hücumun səbəbləri açıqlanmır.

Meksikanın İctimai Təhlükəsizlik Milli Sisteminin icraçı katibliyinin hesablamalarına görə, 2019-cu ildə ölkədə azı 35,5 min nəfər qəsdən adamöldürmə cinayətlərinin qurbanı olub. Ölkə hakimiyyəti 2019-cu ilin sonunda etiraf edib ki, cinayətlə mübarizədə qarşıya qoyulmuş məqsədlərə nail olmayıb.

Son xəbərlər

Orphus sistemi