Yuxarı
    Bağlamaq

    Meksikada quldurlar arasında baş vermiş toqquşmalarda azı 30 nəfər öldürülüb

    Ən ağır cinayət Çiuaua ştatının Kuautemok şəhərində baş verib© Foto "RİA Novosti"

    Bakı. 4 iyun. REPORT.AZ/ Meksikanın ayrı-ayrı ştatlarında quldurlar arasında baş vermiş toqquşmalarda azı 30 nəfər öldürülüb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hökumət orqanları xəbər yayıb.

    Bildirilir ki, ən ağır cinayət Çiuaua ştatının Kuautemok şəhərində baş verib. Belə ki, əlində AK-47 avtomatı olan naməlum şəxs barlardan birinə daxil olaraq müştəriləri güllələyib. Yerli prokurorluğun verdiyi xəbərə görə, nəticədə 6 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.

    Sinaloa ştatının İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına görə, daha 6 nəfər Quamuçil şəhərindəki toqquşmada öldürülüb. 

    Bununla yanaşı, öldürülənlərin əynində zirehli gödəkcələr və hərbi dəbilqələr olub. Çox güman ki, atışma nəhəng "Sinaloa" kartelinin daxilində münasibətlərin aydınlaşdırılması nəticəsində meydana çıxıb.

    Öz növbəsində Tamaulipas ştatının baş prokurorluğu da ştat ərazisində bir neçə toqquşmanın baş verdiyini, daha yeddi nəfərin öldürüldüyünü bildirib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi