Bakı. 3 noyabr. REPORT.AZ/ Yanacaq qaçırılması üzrə ixtisaslaşan cinayətkar dəstənin başçısı Meksikada xarici görünüşünü dəyişdirmək üçün keçirdiyi plastik cərrahiyyə əməliyyatı zamanı xəstəxanada güllələnib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, xəstəxanaya hücum bazar ertəsi baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sonradan öldürülənlərdən birinin cinayətkar dəstənin başçısı, daha çox "Kalimba" ləqəbi ilə tanınan Xesus Martin olduğunu müəyyənləşdirib. Əməliyyat masasında olan cinayətkarın təkcə görünüşünü yox, həm də barmaq izlərini dəyişməyə çalışıblar.
Ondan başqa, atışma zamanı daha üç nəfər öldürülüb.