​Meksikada qasırğa zamanı 10 nəfər həlak olub

​Meksikada qasırğa zamanı 10 nəfər həlak olub Yüzlərlə evə ziyan dəyib
Digər ölkələr
25 May , 2015 21:37
​Meksikada qasırğa zamanı 10 nəfər həlak olub

Bakı. 25 may. REPORT.AZ/ Meksikanın sərhəd şəhəri Syudad-Akunyada on nəfərin ölümü ilə nəticələnən dağıdıcı qasırğa baş verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şəhər meri Evaristo Lenin Peres məlumat verib.

"Ölənlərin əksəriyyəti öz evlərində deyil, bayırda olublar", - deyə o qeyd edib.

Təbii fəlakət nəticəsində yüzlərlə evə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi