Meksikada qanunsuz məzarlıqda 166 insanın kəllə sümüyü tapılıb

Meksikada qanunsuz məzarlıqda 166 insanın kəllə sümüyü tapılıb Bakı. 7 sentyabr. REPORT.AZ/ Meksika təhqiqatçıları Verakrus ştatında yerləşən qanunsuz məzarlıqda 166 insanın kəllə sümüyünü aşkar ediblər.
Digər ölkələr
7 Sentyabr , 2018 08:33
Meksikada qanunsuz məzarlıqda 166 insanın kəllə sümüyü tapılıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Meksika təhqiqatçıları Verakrus ştatında yerləşən qanunsuz məzarlıqda 166 insanın kəllə sümüyünü aşkar ediblər.

"Report" "Associated Press" nəşrinə istinadən xəbər verir ki, bu, son vaxtlar ölkədə tapılan ən iri məzarlıqlardan biridir.

Ərazidə paltar, şəxsi əşyalar və skeletlərin digər hissələri də tapılıb, lakin təhqiqatçılar diqqətlərini kəllə sümüklərini hesablamağa yönəldiblər, çünki onların hər biri bir insan deməkdir.

Verakrusun dövlət prokuroru Xorxe Uinkler bildirib ki, cəsədlər təqribən iki il əvvəl basdırılıb. Ştat "Zetas" və "Calisko" narkodilerləri arasında qanlı döyüş meydanı olub. Asayiş keşikçiləri daha çox insan qalıqları tapılacağını istisna etmirlər. Təhlükəsizlik səbəbi ilə məzarlığın dəqiq kordinatları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi