Meksikada polis qüvvələri ilə narkokartel üzvləri arasında döyüşlər baş verib

Meksikada polis qüvvələri ilə narkokartel üzvləri arasında döyüşlər baş verib Ölənlərin və yaralıların sayı dəqiq açıqlanmır
Digər ölkələr
18 Aprel , 2015 07:29
Meksikada polis qüvvələri ilə narkokartel üzvləri arasında döyüşlər baş verib

Bakı. 18 aprel. REPORT.AZ/ Meksikanın ABŞ-la həmsərhəd Tamaulipas ştatının Reynis şəhəri ötən gün polis qüvvələri ilə narkokartel üzvləri arasında döyüş səhnəsinə çevrilib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, səhər saatlarında şəhərin səhaye bölgəsində başlayan atışmanın miqyası gedərək böyüyüb. Şəhərə əlavə təhlüksizılik qüvvələri cəlb edilib. Ölənlərin və yaralıların sayı açıqlanmır.

Qeyd edək ki, Meksikanın şimalındaki həmsərhəd rayonlarda nəzarəti ələ keçirmək istəyən müxtəlif narko kartellər, ABŞ-a aparılan narkotik vasitələrə nəzarət etmək istəyir. 

Son xəbərlər

Orphus sistemi