Meksikada partlayış nəticəsində ölənlərin sayı 135-ə çatıb

Meksikada partlayış nəticəsində ölənlərin sayı 135-ə çatıb Bakı. 4 mart. REPORT.AZ/ Yanvarın 18-də Meksikada boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.
Digər ölkələr
4 Mart , 2019 02:49
Meksikada partlayış nəticəsində ölənlərin sayı 135-ə çatıb

Bakı. 4 mart. REPORT.AZ/ Yanvarın 18-də Meksikada boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Noticias MVS" radiostansiyası məlumat yayıb.

Hökumətin məlumatına görə, 68 nəfər bilavasitə partlayış zamanı həlak olub, qalanları isə aldıqları yanıq xəsarətlərindən xəstəxanalarda keçinib. Bu günə kimi 8 nəfər – beşi Mexikodakı, üçü isə ABŞ-ın Texas ştatındakı tibb müəssisələrində qalmaqdadır.

Son xəbərlər

Orphus sistemi