Meksikada ötən gün koronavirus infeksiyasına 10 738 yeni yoluxma faktı qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsi məlumat yayıb.
Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 701 nəfər vəfat edib.
İndiyədək Fransada ümumilikdə 1 946 751 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168 432 nəfər vəfat edib.