Meksikada neft-kimya kompleksindəki partlayışda ölənlərin sayı 28 nəfər çatıb

Meksikada neft-kimya kompleksindəki partlayışda ölənlərin sayı 28 nəfər çatıb Faciə Meksikanın şərqindəki Verakrus ştatında baş verib
Digər ölkələr
23 Aprel , 2016 09:23
Meksikada neft-kimya kompleksindəki partlayışda ölənlərin sayı 28 nəfər çatıb

Bakı. 23 aprel. REPORT.AZ/ Meksikalı xilasedicilər aprelin 20-də "Pajaritos" neft-kimya kompleksində baş vermiş partlayış və yanğın səbəbindən həyatını itirən daha dörd işçinin cəsədini tapıb.

"Report" xəbər verir ki, bu barədə "Pemex" dövlət neft şirkətindən məlumat verilib.

Daha əvvəl rəsmi olaraq 24 nəfərin ölməsi təsdiqlənmişdi.

"Axtarış işləri nəticəsində daha 4 nəfərin cəsədi aşkarlanıb. Bu səbəbdən həyatını itirənlərin sayı rəsmi olaraq 28-ə çatıb", - şirkətin "Twitter" hesabındakı rəsmi səhifəsində qeyd olunub. Məlumata görə, xəsarət almış 18 işçi xəstəxanalara yerləşdirilib. Onlardan çoxunun durumu ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, faciə Meksikanın şərqindəki Verakrus ştatında baş verib. Partlayış və onun səbəb olduğu yanğın səbəbindən "Pemex"in əməkdaşlıq etdiyi "Mexichem" şirkətinin nəzdində fəaliyyət göstərən PMV müəssisəsində 136 nəfər zərər görüb.

İlkin məlumatlara görə, partlayışa səbəb qaz sızması olub. Meksika hökuməti və "Pemex"in baş direktoru Xose Antonio Qonsales Anaya hadisə ilə bağlı hərtərəfli araşdırma aparılacağına söz verib.

Son xəbərlər

Orphus sistemi