Meksikada neft kəmərində yanğın baş verib - VİDEO

Meksikada neft kəmərində yanğın baş verib - VİDEO Bakı. 27 noyabr. REPORT.AZ/ Bazar ertəsi Meksikanın qərbində yerləşən Halisko ştatında Pemex dövlət neft-qaz şirkətinə məxsus neft kəmərində yanğın baş verib.
Digər ölkələr
27 Noyabr , 2018 08:40
Meksikada neft kəmərində yanğın baş verib - VİDEO

Bakı. 27 noyabr. REPORT.AZ/ Bazar ertəsi Meksikanın qərbində yerləşən Halisko ştatında "Pemex" dövlət neft-qaz şirkətinə məxsus neft kəmərində yanğın baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Noticias MVS" radiostansiyası məlumat yayıb.

Hadisəyə Tlahomulko-de-Sunyiqa rayonu ərazisində duru yanacaq oğruları tərəfindən borunun qanunsuz olaraq deşilməsi səbəb olub.

Hadisə baş verən ərazi yaxınlığıda cinayətkarlara aid olduğu ehtimal edilən 7 maşın yanıb. Xəsarət alanlar barədə məlumat yoxdur. Alovun söndürülməsinə 170-dən çox yanğınsöndürən və xilasedici cəlb olunub.

Son xəbərlər

Orphus sistemi