Meksikada narkokartellərin toqquşması nəticəsində 10 nəfər ölüb

Meksikada narkokartellərin toqquşması nəticəsində 10 nəfər ölüb Bundan əvvəl paytaxt Mexikoda yeddi nəfərin öldüyü barədə məlumat yayılıb
Digər ölkələr
9 Dekabr , 2017 08:48
Meksikada narkokartellərin toqquşması nəticəsində 10 nəfər ölüb

Bakı. 9 dekabr. REPORT.AZ/ Narkotik tədarükü uğrunda bir neçə qruplaşmanın mübarizə apardığı Meksikanın Velakruz ştatında narkokartellərin toqquşması nəticəsində bir sutka ərzində 10 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Polisin məlumatına görə, quldurlar avtoyuma məntəqəsinə hücum edərək, orada olan insanlara atəş açıb. Hadisə yerində beş nəfər həlak olub, bir nəfər isə xəstəxanada ölüb.

Daha dörd nəfər müxtəlif şəraitdə Xalapa, Kordoba, Atoyak və Rio-Blanko şəhərlərində qətlə yetirilib.

Bundan əvvəl paytaxt Mexikoda daha yeddi nəfərin öldüyü barədə məlumat yayılıb. 

Son xəbərlər

Orphus sistemi