Meksikanın cənubundakı Çiapas ştatında narkokartellər arasında baş verən qarşıdurmada azı 20 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Excelsior" Meksika ştatının İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Sinaloa kartelinin nümayəndələri ilə digər qrup arasında silahlı münaqişə iyunun 29-da Çiapas ştatının La Konkordiya bələdiyyəsində qeydə alınıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları içərisində 15 meyit olan yük maşını aşkar ediblər, digərlərinin meyiti isə müxtəlif ərazilərdən tapılıb.
İlkin istintaq məlumatlarına görə, silahlı toqquşma Sinaloa karteli ilə Çiapas və Qvatemala kartelləri arasında sərhəd ərazisinə nəzarət üstündə baş verib.