Meksikada narkokartellə polis arasında atışmada 21 nəfər ölüb

Meksikada narkokartellə polis arasında atışmada 21 nəfər ölüb Meksikanın Koauila ştatında “Şimal-şərq karteli” cinayətkarlar dəstəsinin üzvləri ilə bələdiyyə polisi arasında baş verən silahlı insidentdə 21 nəfər həlak olub.
Digər ölkələr
2 Dekabr , 2019 04:10
Meksikada narkokartellə polis arasında atışmada 21 nəfər ölüb

Meksikanın Koauila ştatında “Şimal-şərq karteli” cinayətkarlar dəstəsinin üzvləri ilə bələdiyyə polisi arasında baş verən silahlı insidentdə 21 nəfər həlak olub.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilib ki, atışma Vil-Yunion bələdiyyəsinin ərazində qeydə alınıb. Belə ki, silahlı şəxslər yaşayış məntəqəsinə daxil olaraq meriyanın binasına hücum etmək istəyiblər.

Nəticədə narkokartelin 10 silahlısı öldürülüb. Daha sonra hadisə yerindən qaçan 7 cinayətkar zərərsizləşdirilib.

Atışmada dörd polis ölüb, hüquq mühafizə orqanlarının 6 əməkdaşı güllə yarası alıb.

Polisə hücumda iştirak edən narkokartel üzvlərinin dəqiq sayı hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi