Meksikada narkobaronu təhqir edən bloqqer güllənərək öldürülüb

Meksikada narkobaronu təhqir edən bloqqer güllənərək öldürülüb Bakı. 22 dekabr. REPORT.AZ/ Meksikada barda narkobaronu təhqir etdiyi üçün Kuliakanadan olan, Pirat ləqəbli 17 yaşlı bloqqer güllənərək qətlə yetirilib.
Digər ölkələr
23 Dekabr , 2017 10:54
Meksikada narkobaronu təhqir edən bloqqer güllənərək öldürülüb

Bakı. 22 dekabr. REPORT.AZ/ Meksikada barda narkobaronu təhqir etdiyi üçün Kuliakanadan olan, Pirat ləqəbli 17 yaşlı bloqqer güllənərək qətlə yetirilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 17 yaşlı Xuan Luis Laqunasın (“Pirat”) qətli ilə bağlı məlumat "Facebook" səhifələrində yayılıb.

Son iki ildə “Pirat” sosial şəbəkədə açıq-saçıq davranışına görə məşhurlaşıb.

Hadisə ölkənin Xalisko ştatının Sapopan rayonundakı barlardan birində baş verib. Sərxoş vəziyyətdə olan Laqunas “Menço” ləqəbli narkobaron Nemesio Oseqera Servantesi söyüb. Bundan bir müddət sonra sosial şəbəkədə onun güllələnərək qətlə yetirildiyi barədə xəbər yayılıb. Onun meyitindən 15-dən artıq güllə çıxarılıb.

Xalisko Meksikada “Xalisko - Yeni nəsil” adlı böyük mütəşəkkil cinayətkar dəstənin fəaliyyət göstərdiyi ştatdır. Bu dəstə üzvlərinin 2015-ci ildə hərbi helikopterə hücumu nəticəsində 8 nəfər ölmüşdü. 

Son xəbərlər

Orphus sistemi